Haqqimizda

"FA-SERVIS" MMC Haqqimizda

Şirkət sənaye sahələrində istehsal və istismar olunan qurğu və avadanlıqlarda dağıdıcı olmayan üsullarla defektoskopiya, diaqnostika, sınaq işlərin aparılması və digər texniki xidmətlərin göstərilməsi istiqamətində ixtisaslaşmışdır.
Şirkət Azərbaycan Respublikasının normativ hüquqi sənədlərinin tələblərinə uyğun olaraq müxtəlif dövlət orqanları ilə razılaşdırılmış sənədlər və Fövqəladə Hallar Nazirliyi, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən verilmiş müvafiq fəaliyyət növləri üzrə “Xüsusi İcazə”-lərin (lisenziya) şərtlərinə uyğun olaraq fəaliyyət göstərir. Əsas məqsədimiz ölkə iqdisadiyyatının müxtəlif sahələrində “Əməyin mühafizəsi Qaydaları”nın tələblərinə uyğun olaraq təhlükəsiz əmək şəraitinin yaradılması, qəza və bədbəxt hadisə risklərinin minimuma endirilməsi istiqamətində öz töhfəmizi verməklə, ölkə miqyasında, həmçinin regional miqyasda ixtisaslaşmış şirkətə çevirilməkdir.

Yükqaldırma Aksesuarların satışı   Chat on WhatsApp+994 10 212 03 76